Accessibility links

Xəzəryanı ölkələr nərə balığının sənaye məqsədləri ilə tutulmasına qadağanı uzadır


Xəzəryanı ölkələr 2015-2016-cı illərdə Xəzər hövzəsində nərə balığı növlərinin sənaye (ticari) məqsədləri ilə tutulmasına qoyulmuş qadağanı uzatmaq barədə razılıq əldə ediblər.

“Bu qərar Xəzər dənizinin bioloji su resursları üzrə Komissiyasının mayın 29-da Sankt-Peterburqda başa çatmış 35-ci iclasında qəbul edilib”, deyə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş tədbirin məlumatında qeyd edilir.

Xəzəryanı ölkələr hər il nərə balığı ovuna qadağanı təsdiq edir. Bu balıqlar yalnız elmi araşdırma məqsədləri ilə və süni çoxaltma üçün tutula bilər.

Bu arada, Xəzərdə nərə balığı ehtiyatları azalmaqda davam edir ki, bu da bu balıq növünün qorunması üzrə tədbirlərin gücləndirilməsini tələb edir. Buna görə tərəflər sazişin ən qısa zamanda ratifikasiyası üçün zəruri dövlətdaxili prosedurları sürətləndirmək barədə razılığa gəliblər. İclasın sonunda yekun protokol imzalanıb.

Qeyd edək ki, nərə balıqlarının qorunub saxlanması məsələsində əsas problem brakonyerlikdir. Ciddi qadağalara baxmayaraq, İrandan başqa bütün Xəzəryanı ölkələrin bazarlarında nərə kürüsü və əti rahatlıqla satılır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG