Accessibility links

Həsən Ruhani: İranın nüvə proqramına hərbi yolla cavab verilə bilməz


Rouhani
Rouhani
İran prezidenti Həsən Ruhani deyib ki, ölkənin nüvə proqramına hərbi yolla cavab verilməsi nəzərdən keçirilməməlidir.

Prezident Həsən Ruhani bu açıqlamanı ABŞ-ın dəstəklədiyi şah rejiminin hakimiyyətdən devrilməsi və sərt xətt tərəfdarı din xadimlərinin hakmiyətə gəlməsi ilə nəticələnmiş İran islam inqilabının 35 illiyi münasibətilə nitqi zamanı verib.

İran və Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın daxil olduğu dünya qüdrətlərini təmsil edən ölkələrin nümayəndələri İranın nüvə proqramının dinc məqsədlərə xidmət etməsini təmin etmək məqsədilə razılığın əldə edilməsi üçün danışıqlar aparır. Onların növbəti görüşü gələn həftə gözlənilir.

Tərəflər noyabr ayında İranın sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdırılmasını nəzərdə tutan müvəqqəti razılıq əldə ediblər.
XS
SM
MD
LG