Accessibility links

Netanyahu İranın nüvə proqramına dair əldə edilə biləcək razılığı tənqid edib [Fotoqalereya]


Dünyanın altı qüdrətli dövləti və İran nümayəndələri arasında İranın nüvə proqramına dair aparılan danışıqların getdiyi zaman İsrailin baş naziri əldə oluna biləcək razılığı tənqid edib.

Qüdsdə çıxış edən cənab Netanyahu deyib ki, İranın nüvə texnologiyasının yalnız dinc məqsədlərə xidmət etdiyi haqda açıqlamalarla onun Yəməndə üsyançıları dəstəkləməsi kimi hərəkətləri üst-üstə düşmür.

O deyib ki, İsveçrədə İrana edilən güzəştlər İsrail, region və dünyanı təhlükə qarşısında qoyacaq pis razılığı qaçılmaz edir.

İran və Çin, Britaniya, Fransa, Rusiya, ABŞ və Almaniyadan ibarət qrupun nümayəndə heyəti özləri tərəfindən çərşənbə axşamı təyin etdikləri möhlətə qədər danışıqları tamamlaya bilməyib. Lakin tərəflər danışıqları davam etdirməyə razılaşıb.

Bu arada, cənab Netanyahu çərşənbə günü Yaxın Şərqə səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beynerlə görüşəcək.

XS
SM
MD
LG