Accessibility links

Netanyahu: Əsəd rejimi hakimiyyətdən getməlidir


İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin post-Əsəd dövrü Suriyanın kütləvi qırğın silahlarının törətdiyi təhlükənin neytrallaşdırılmasına hazır olduğunu deyib.

ABŞ-ın CBSFox tele-kanallarına verdiyi müsahibələr zamanı cənab Netanyahu Suriya prezidenti Bəşar Əl-Əsəd rejiminin hakimiyyətdən getməli olduğunu deyib. Baş nazir Netanyahu Suriyada yaranmış vəziyətdə kimyəvi silahların İsrailin düşmənlərinin əlinə keçə bilməsilə bağlı narahatlığını ifadə edib.

Cənab Netanyahu İsrailin atacağı konkret addımları göstərməyib.

Baş nazir Netanyahu habelə keçən həftə Bolqarıstanda beş İsrail turistinin ölümülə nəticələnmiş intiharçı bomba hücumuna görə İranın dəstəklədiyi Hizbullah qrupunun məsuliyyət daşıdığını təkrar edib. Hizbullah insidentlə bağlı açıqlama verməyib. İran isə iddiaları rədd edərkə, bütün terror aktlarını qınadığını bildirib.
XS
SM
MD
LG