Accessibility links

Netanyahu mülki vətəndaşlar arasında ölüm hallarına görə Həması günahlandırıb


Mideast Israel Palestinians

Mideast Israel Palestinians

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında mülki vətəndaşlar arasında ölüm hallarına görə Həması günahlandıraraq, yaraqlıların partlayıcı maddələri xəstəxanalarda gizlətdiyini və Qəzza sakinlərindən insan qalxanı kimi istifadə etdiyini deyib.

İsrailin Qəzzada altıncı gündür hava hücumlarını davam etdirdiyi vaxt nazirlər kabinetinin iclasında danışan cənab Netanyahu İsrail hökumətinin Fələstin vətəndaşları arasında ölüm hallarının artmasına görə təəssüf hissi keçirdiyini deyib. Lakin o, mülki vətəndaşlar arasında ölüm hallarına görə Həmasın məsuliyyət daşıdığını deyib.

İsrail hərbi qüvvələri hava hücumları ilə yanaşı bazar günü Qəzzada quruda ilk əməliyyatı zamanı xüsusi təyinatlı qüvvələri raketlərin atıldığı obyekti hədəf alıb. Rəsmilər fələstinli döyüşçülərlə atışma zamanı dörd İsrail əsgərinin yüngül yaralandığını bildirib.

İsrail hərbi qüvvələrinin gecə reydi zamanı minlərlə fələstinli ərazini tərk edib. Qəzza zolağında yaşayan xarici vətəndaşlar və ikili vətəndaşlığı olan fələstinlilərin ərazini bazar günü tamamilə tərk etdiyi bildirilir.

XS
SM
MD
LG