Accessibility links

İsrail baş naziri Beynəlxalq Cinayət Məhkəməsini yenidən tənqid edib


İsrail baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin fələstinlilərə qarşı müharibə cinayətləri ittihamlarına dair istintaq başlatması tənqid edib.

Bu gün televiziya ilə çıxışında o, bu addımı absurd adlandırıb.

Cənab Netanyahu deyib ki, bu qərarın qəbuledilməzliyi terrorla mübarizədə dünya lideri olan İsrailin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən istintaqa cəlb edilməsindədir. O, eyni zamanda "Həmasın terrorçu cinayətkarlarının" ittihamların təsdiqi üçün əlindən gələni edəcəyini bildirib.

Baş nazir deyib ki, artıq eyni iddianı İslam Dövləti, Əl-Qaidə və Hizbullah da qaldırsa təəccüblənməyəcək.

XS
SM
MD
LG