Accessibility links

ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni azərbaycanlıların anım günü elan edib


ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni azərbaycanlıların anım günü elan edib

ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni azərbaycanlıların anım günü elan edib

ABŞ-ın Nevada ştatının qubernatoru martın 31-ni azərbaycanlıların anım günü elan edib. Artıq ikinci dəfədir ki, Nevada ştatının qubernatoru martın 31-ni 1918-ci ildə kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların anım günü kimi tanıyır. Tarixdə ilk dəfə olaraq 2009-cu ildə bu gün rəsmi anım günü elan edilib. (Nevada qubernatorunun 2009-cu ildə verdiyi sərəncamın mətnini aşağıdakı linkdə oxuyun).

http://gov.state.nv.us/PROCs/2009/2009-03 31_AzerbaijaniRemembranceDay.htm

Nevada ştatının qubernatorunun sərəncamı martın 31-ni azərbaycanlıların milli faciəsi kimi Azərbaycanın hüdudlarından kənarda tanıyan ilk rəsmi sənədlərdən biridir.

Sənəddə Bakı və digər şəhərlərdə on minlərlə dinc azərbaycanlının qətlə yetirildiyi qeyd edilir. Qubernatorun sərəncamında Birləşmiş Ştatlar və Amerika vətəndaşlarının Azərbaycan Respublikasının ərazi bötüvlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyi göstərilir.

Sənədin qəbul edilməsi ABŞ-da yaşayan azərbaycanlıların səyləri nəticəsində mümkün olub. Amerikada yaşayan azərbaycanlıların USAN təşkilatı sərəncamı dekabrın 31-i Dünya Azərbaycanlılıarın Həmrəyliyi günü münasibətilə açıqlayıb.

(Nevada ştatının qubernatorunun 2010-cu ildə verdiyi sərəncamın tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz).

http://gov.state.nv.us/PROCs/2010/2010-03-31_AzerbaijaniDay.htm

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG