Accessibility links

Nəvaz Şərif - böyük siyasi qayıdış




Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif bazar günü keçirilən parlament seçkilərinin nəticələrinə əsasən üçüncü dəfə hakimiyyətə qayıdır. Bu, 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən devrilib həbs edilmiş və Səudiyyə Ərəbistanında sürgündə yaşamış Şərifin böyük siyasətə möhtəşəm qayıdışı deməkdir.

63 yaşlı mühafizəkar Nəvaz Şərif kriket üzrə keçmiş çempion İmran Xan və Bhuttolar ailəsinin başçılıq etdiyi Pakistan Xalq partiyasının yaratdığı ciddi rəqabətlə üzləşmişdi.

Cənab Şərif 1990-cı illərdə iki dəfə Pakistanın baş naziri olmuşdu. O, Pakistanın ilk nüvə silahı sınağına nəzarət etmişdi. Lakin sonradan o, keçmiş ordu komandiri, general Pərviz Müşərrəf tərəfindən hərbi çevriliş nəticəsində hakimiyyətdən salınmışdı.

Nəvaz Şərifin Pakistanı tarix boyu əsas etibarilə idarə etmiş hərbiçilərin siyasətə qarışmamalı olduğunu deməsinə baxmayaraq, o, xarici siyasət və təhlükəsizlik məsələlərini həll edən generallarla işləməli olacaq.

Cənab Şərif 2007-ci ildə Səudiyyə Ərəbistanından Pakistana qayıtsa da, terrorizmlə bağlı cinayət işi ilə əlaqədar ona seçkilərdə iştirak etmək qadağan edilmişdi.

Ali Məhkəmə 2009-cu ildə qərarı ləğv etmişdi.

Nəvaz Şərif qarşısında duran əsas vəzifələr Pakistanın tənəzzüldə olan iqtisadiyyatını dirçəltmək, infrastrukturu bərpa etmək və Taliban yaraqlılarının yaratdığı təhlükələrin qarşısını almaqdan ibarət olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG