Accessibility links

Oktyabrın 13-də Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayır.

Pakistanın Xarici İşlər nazirliyinin məlumatına görə, prezident İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.

N.Şərifi yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Səfərin məqsədi ikitərəfli münasibətləri dərinləşdirməkdir. N.Şərif Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və digər rəsmişəxslərlə görüşəcək.

Məlumata görə, liderlər ikitərəfli münasibətləri müzakirə edəcəklər. Ticarət və investisiya, o cümlədən iqtisadi əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq problemlər də danışıqlar zamanı diqqət mərkəzində olacaq.

Səfərin yekunlarına görə Birgə Bəyannamə imzalanması gözlənilir.

İslamabad Qarabağ münaqişəsində Bakını, Bakı isə Kəşmir məsələsində İslamabadı birmənalı olaraq dəstəkləyir.

Pakistan hərbi məsələlərdə də Azərbaycanın mühüm tərəfdaşıdır.

XS
SM
MD
LG