Accessibility links

ABŞ-ın Nyu Cersi ştatının Dənizkənarı Parkında zibit qabının içərisində bomba partladılıb. Ərazidə ABŞ hərbçiləri üçün maliyyə toplanışı məqsədilə 5K yarışı keçirilməsi planlaşdırılmışdı. Ancaq rəsmilər bomba partlayışından sonra kampaniyanı təxirə salmaq qərarına gəlib.

Bomba partlayışı nəticəsində heç kəs xəsarət almasa da, hüquq-mühafizəçiləri ərazidən başqa partlayıcı maddələrin olmasından ehtiyat edir. Yayılan məlumatlarda artıq başqa bir partlayıcının aşkar edildiyi bildirilir.

Associated Press-in verdiyi məlumata görə, yarışın açılışı təxirə salınıb və ərazidə naməlum bel çantası tapıldığı üçün bölgə tam boşaldılıb.

Okean rayonunun Baş Prokurorluğunun Facebook səhifə bildirib ki, mümkün bombanın zərərsizləşdirilməsi üçün FBI, ATF və Nyu Cersi Ştat Polisi yerli rəsmiləri hadisə yerinə cəlb edib.

XS
SM
MD
LG