Accessibility links

Yeni Orleanda Amerikalı misirlilər nümayiş keçirdilər


Yeni Orleanda Amerikalı misirlilər nümayiş keçirdilər

Yeni Orleanda Amerikalı misirlilər nümayiş keçirdilər

Hüsnü Mübarək cümə gününə qədər istefa vermədiyi təqdirdə, biz qarşıdan gələn şənbə günü nümayişlərə davam edə bilərik

Əslən Misrin İsgəndəriyyə şəhərindən olan şair, yazıçı və jurnalist Xalid Heqazzi fevral ayının 5-i Misirdəki nümayişlərə dəstək vermək məqsədi ilə Luiziyana ştatının Yeni Orlean şəhərində nümayiş təşkil edib.

Nümayişdən ingiliscə video yazını burada izləyə bilərsiniz.

Bəxtiyar Zamanov: Ötən şənbə günü amerikalı misirlilər Misirdə keçirilən hökumət əleyhinə nümayişlərə dəstək vermək məqsədi ilə Luiziana ştatının Yeni Orlean şəhərinə toplaşdılar. Nümayişdə neçə nəfər iştirak edirdi?

Xalid Heqazzi: Azı 300 nəfər nümayişdə iştirak edirdi.

Sual: Nümayişdə iştirak edənlərin hamısı misirlilər idi, yoxsa aralarında amerikalılar, ya da xarici ölkələrin nümayəndələri də iştirak edirdilər?

Cavab: Mən deyərdim iştirakçıların ¾-ü misirlilər idi, yerdə qalanı isə amerikalı, braziliyalı, kanadalı, livanlı və s. Nümayişdə üç natiq iştirak edirdi.

Sual: Nümayişin başlıca məqsədi nə idi?

Cavab: Onlar Ağ Evə bir mesaj göndərmək istəyirlər. Onlar istəyirlər ki, Ag Ev Hüsnü Mübarəkə istefa verməsi üçün təsir göstərsin. İki saat keçirilən nümayiş zamanı, hətta yürüş zamanı yeganə məsaj prezident Obamanın Hüsnü Mübarəkə təsir etməsinə çağırışdan ibarət idi. Nə qədər ki o hakimiyyəti tərk etməyib, ölkədə hərc-mərclik aradan qalxmayacaq.

Sual: Nümayiş Yeni Orleanda harada keçirildi?

Cavab: Nümayiş Poydras küçəsində Federal məhkəmə binası qarşısında keçirildi.

Sual: Nümayiş zamanı hər hansısa məhtudiyyətlər və ya problemlərlə üzləşdinizmi?

Cavab: Yox, əslində şəhərin rəsmiləri və polis çox tolerantlıq göstərdilər, hətta kömək etdilər. Onlar bizə bir saat nümayiş etməyə və sonra isə nümayişi yürüşlə davam etdirməyə icazə verdilər. Bu çox sevindirici hal idi ona görə ki, çox sayda mətbuat nümayəndələri nümayişi izləməyə gəlmişlər. Dünən mən Washington Post qəzetindən bizim keçirdiyimiz nümayişin Amerikada ikinci ən böyük nümayiş olduğunu oxudum. Birincisi Nyu Yorkda keçirilmişdi, bu dəfə isə Yeni Orleanda keçirildi. Sözün əsl mənasında nümayiş mənim nəzərdə tutduğumdan daha yaxşı keçdi.

Sual: Sizin çağırışlarınızı eşitməsələr, gələcəkdə də buna bənzər nümayişlər keçirmək fikriniz varmı?

Cavab: Biz bu barədə düşünürük. Biz Misirdəki insanlarla həmrəy olmaqda davam edəcəyik. Cümə gününə qədər o hakimiyyətdən getməsə, misirlilər nümayişlərə davam edəcəklər. Hüsnü Mübarək cümə gününə qədər istefa vermədiyi təqdirdə, biz qarşıdan gələn şənbə günü nümayişlərə davam edə bilərik.

XS
SM
MD
LG