Accessibility links

Dünya Bankının yeni prezidenti amerikalı Cim Yonq Kim oldu

Dünya Bankının Direktorlar Şurası amerikalı Cim Yonq Kimi dünya inkişaf agentliyinin başçısı seçib. Həkim və antropoloq olan doktor Kim Darmut kollecinin prezidentidir. O bundan əvvəl BMT-nin QİÇS-lə mübarizə səylərinə rəhbərlik edib və yoxsul ölkələrdə səhiyyə sisteminin inkişafına dəstək məqsədilə qeyri-hökumət təşkilatı yaradıb. Doktor Kim Harvard universitetində məruzələr deyib. O, Dünya Bankının direktoru vəzifəsində Robert Zoelliki əvəz edəcək. Cim Yonq Kim vəzifəsinin rəsmən icrasına iyul ayının 1-də başlayacaq.

XS
SM
MD
LG