Accessibility links

Nyu-Yorkun 11 Sentyabr xatirələri [Video]


Nyu-Yorkun 11 Sentyabr xatirələri
please wait

No media source currently available

0:00 0:02:38 0:00

15 il əvvəl 11 Sentyabr hücumlarından sonra nyu-yorklular Aşağı Manhettanın yenidən canlanmasının şahidi olur. Tikinti işləri başa çatsa belə, yenidənqurma işləri davam edəcək. Şəhər sakinləri və qonaqlar hazırda şəhərin təhlükəsiz olduğunu desələr də, ümumiyyətlə insanların gündəlik həyatı həmişəlik dəyişib.

Dünya Ticarət Mərkəzi vaxtilə ekiz binaların yerində tikilib. Ekiz qüllələrdən hündür olan bu kompleks şəhərin simvoluna çevrilib. Lakin bunlara baxmayaraq, sakinlər və qonaqlar şəhərin və dünyanın əvvəlki kimi olmayacağı ilə razılaşır. “Mənim fikrimcə hazırda dünya əvvəl olduğundan daha çox təhlükədədir” deyə, isveçrəli turist Krester Cohansom bildirir.

“11 Sentyabr Memorial Muzeyi”nə gələn ziyarətçilər 2001-ci ildəki hücumlar haqda geniş məlumat ala bilir. Muzeyin direktoru Alis Qrinvold builki ildönümdə “Ground zero”da inkişafların olduğunu deyir. “Sizin üçün burada yeni binalar ucalır və daha üç bina tikilir. Burada sizin üçün yeni nəqliyyat açılıb, mərkəzdə gözəl heykəl var.”

Burada göydələnlərin tikintisi tam başa çatdıqdan sonra belə, tikinti işləri davam edəcək. Nyu-Yorkluların hər biri isə həmin günlə bağlı acı xatirələrlə yaşayır. Nyu-York sakini Entoni Dikson: “Mən hadisədən günlər keçməsinə baxmayaraq, metrodakı iyini xatırlayıram. Heç kəs bilmirdi bu nə iyi idi. Mağazalar bağlı idi, əlbəttə, ərzaq xarab olurdu. Lakin sən bunun çürüyən cəsəd iyi olduğunu düşünürdün.”

Dünya Ticarət Mərkəzinin yanında, vaxtilə həbsxananın olduğu yerdə hazırda gözəl bağ salınıb. Betsi Randolf bunu metafora kimi görür. “Məni gözəllik və təm-təraq əhatə edir. Tarixə baxanda görürsən ki, burada nə qədər irəliləyiş olub. 9/11 tarixindən sonra biz nələr etmişik.”

Bu bağda nyu-yorklular xatirələrə dalıb, təskinlik tapa bilir. Lakin şəhərin tamamilə səssiz ərazisində belə, nyu-yorkluların təhlükəsizlik barədə qarışıq fikirləri var. “Sözün düzü, bu provokasiyalara və separatizmə görə mən özümü təhlükədə hiss edirəm” deyə, Nyu-York sakini Rayan Teylor bildirir.

Digər Nyu-York sakini Ariyel Korral: “Bizim dövlətimizin təhlükəsizliyi güclü şəkildə qorunur və biz bundan çox razıyıq.”

Bütün bu fikir ayrılıqlarına baxmayaraq, şəhərin ən qaranlıq anlarından xilas olan nyu-yorklular bir şeylə razılaşırlar: elə bir yer yoxdur ki, onlar orada özlərini daha xoşbəxt hiss etsinlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG