Accessibility links

Nyu-York - Yüz dildə danışan şəhər [Video]



Dünyada bir neçə şəhər var ki, bu şəhərlərdə yüzlərlə müxtəlif dildə və dialektdə danışan insanlar yaşayır. Bu şəhərlərdən biri ləqəbi “Big Apple” – “Böyük Alma” olan Nyu-York şəhəridir.

Əslən Boliviyadan olan, hazırda Nyu-Yorlkda yaşayan Ernesto Arias adlı bu şəxs Nyu-Yorkun dünyanın paytaxtı olduğunu və buradakı insanların sülh içərisində yaşadığını deyir. Ana dili ispan dili olan Ernesto deyir ki, burada insanların ana dillərini və adət-ənənələri saxlamaq imkanı var. “Burada dünyanın müxtəlif ölkələrindən insanlar var və siz müxtəlif dillər və dialektlər eçidirsiniz. Məsələn, mənim ölkəmdə insanlar aymara və keçya dillərində danışır. Burada isə bizim icmamız dilimizi və adət-ənənələrimizi saxlamaq əlindən gələni edir.” deyə, o bildirir.

2010-cu ildə aparılan hesablamalara görə, Nyu-York sakinlərinin yalnız 51 faizi ingilis dilində, qalan 49 faizi isə yüzlərlə müxtəlif dildə danışır. Nyu-York sakinlərinin 25 faizi ispandilli olduqları üçün ikinci dilin İspan dili olması təəccüb doğurmur.

Argentinalı turist Qabriela Pisterna Nyu-Yorkun kosmopolit şəhər olduğunu deyir: “Liftdə, küçədə, mağazada dünyanın hər yerindən insanlar görmək olur. Burada 800-ə yaxın dilin olduğu barədə bir şey deyə bilmərəm, lakin çox sayda müxtəlif dillərdə danışan insan var.”

Tarixən mühacir qəbul edən Nyu-Yorku qeyri-rəsmi olaraq “Dünyanın paytaxtı” adlandırırlar.
XS
SM
MD
LG