Accessibility links

Nyu-York şəhərinin müsəlman icması üzvlərinin izlənməsi davam edir


Nyu York şəhər polis idarəsi rəsmisinin dediyinə görə, şəhərin müsəlman icması üzvlərinin izlənməsi heç bir cinayət işinin açılmasına gətirib çıxarmayıb. Polis İdarəsinin xüsusi bölməsinin işçilərinin müsəlman icması üzvlərini son 6 ildə gizli izləmələri zamanı terror üzrə heç bir cinayət işi açılmayıb. Nyu York Şəhəri Polis İdarəsi Kəşfiyyat Diviziyasının rəis müavini, polis zabiti Tomas Qalatinin açıqladığı bu bəyanat onilliklərlə aparılan Vətəndaş Hüquqları ilə bağlı məhkəmə prosesinin bir hissəsidir.

Müsəlman icması belə addımlara görə Nyu-Yorkun polis rəisi Rey Kellinin istefasını çoxdandır tələb edir. Lakin şəhərin meri Maykl Blumberqin dəstəyini əldə edən polis rəisi bunun şəhərin terror hücumlarından müdafiəsi üçün edildiyini deyir. “Biz başa düşürük ki, polis idarəsi və özlərini vətəndaş hüquqularının müdafiəçisi adalandıranlar arasında həmişə gərginlik mövcud olacaq.”

Fələstinli mühacir Musa Əhməd polisin nəzarəti səbəbindən müştərilərini itirdiyi kafesini bağlamalı olduğunu deyir. Lakin onun yaxınlıqdakı bərbərxanası fəaliyyət göstərir. “Polisin azı beşi küçədə, onu içəridə idi. Mən soruşanda ki, nə baş verir, onlar mənə bunun gündəlik yoxlanış olduğunu dedilər. Mən bura bərbərxanadır, burada nə ola bilər dedim. Onlar burada hər kağızı hər yeşiyi yoxladılar.” deyə, o bildirir.

Kira MacQoldrik Nyu-Yorkdakı Amerika İslam Münasibətləri Şurasında işləyir. O, Qalatinin müsəlmanları hədəf alan fikirlərini azadlığın təhlükəsizliklə əvəz edilməsi kimi qiymətləndirir. “Özünüz də görürsünüz ki, bu bizim təhlükəsizliyimizin müdafiəsi deyil. Təəssüflər olsun ki, bu onların öz mənfəətləri üçün topladıqları kəşfiyyat məlumatlarıdır. Bu isə vergi ödəyənlərin pullarının israfı deməkdir.”

Kira Macqoldrik hüquq-mühafizə orqanlarının Amerikadakı etnik azlıqlar, müsəlmanlar deyil, cinayətkarlığa qarşı mübarizə aparmalı olduqlarını deyir.
XS
SM
MD
LG