Accessibility links

Nyu-York və Nyu-Cersi ştatlarına yeni qasırğa gəlir


Bölgədə küləyin sürətinin 95 km/saat olacağı proqnozlaşdırılıb

Sakinlərinin keçən həftə baş verən qasırğanın fəsadları ilə mübarizəni davam etdirən Nyu-Cersi və Nyu-York ştatlarında yenidən güclü külək və yağışlar gözlənilir.

Sinoptiklər bölgədə küləyin sürətinin 95 km/saat olacağı, ağacların qırılmasına və elektrik xətlərinin sıradan çıxmasına səbəb ola biləcəyini deyirlər.

Sendi qasırğasının on minlərlə insanı elektriksiz qoyduğu regionda bərpa işləri hələ də davam edir.

Bu gün baş verəcək qasırğa səbəbilə Nyu-Yorkda parklar və sahillər bağlanmış, tikinti işləri dayandırlımışdır.

Bundan əvvəl Sendi qasırğasının sellərə məruz qoyduğu əraziləri yenidən su basacağı gözlənilir.
XS
SM
MD
LG