Accessibility links

Nyu York metro sistemində təhlükəsizlik tədbirləri gücləndirilib


Nyu York şəhər polis departamenti şəhərin metro sistemi üçün xüsusi bir təhlükənin yaranmadığını, lakin əlavə ehtiyat tədbirlərinin görüldüyünü bildirib

Moksva metrosunda 39 adamın ölümülə nəticələnmiş bomba hücumundan sonra Nyu York metrosunda təhlükəsizlik tədbirləri gücləndirilib.

Nyu York şəhər polis departamenti şəhərin metro sistemi üçün xüsusi bir təhlükənin yaranmadığını, lakin əlavə ehtiyat tədbirlərinin görüldüyünü bildirib.

Bu təhlükəsizlik tədbirlərinə metro stansiyalarında keşik çəkmək üçün əlavə personal və xüsusi təlim görmüş itlərin ayrılması, bununla yanaşı çantaların ara-sıra yoxlanması və nəqliyyatın sıx olduğu yerlərdə izləmə kameralarının yerləşdirilməsi daxildir.

Nyu York şəhərinin meri Maykl Blumberq deyir ki, rus mənşəli 250 min adam da daxil olmaqla, nyu yorklular Moksvada metroda bomba hücumları zamanı insanların ölümünə görə kədər hisslərini ifadə edirlər. Onun sözlərinə görə, terror hücumları xatırladır ki, şəhərdə ayıqlıq yüksək səviyyədə olmalıdır. “Bizim nə iş gördüyümüzə cavab odur ki, biz dəyişikliklər edirik və təhlükəsizlik səbəblərinə görə nə etdiyimizi deyə bilmərik. Lakin sizi əmin etmək istəyirik ki, dünyada baş verənlər bizi çox maraqlandırır.”

Moskva hücumları səhər adamların işə getdiyi vaxt baş vermişdir. İki qadının həyata keçirdiyi terror aktı Nyu York, Vaşinqton, Boston, Çikaqo və ABŞ-ın digər şəhərlərində nəqliyyat rəsmilərini təhlükəsizliyi müvəqqəti olaraq gücləndirməyə vadar etmişdir.

Metro sərnişinləri deyir ki, Rusiyada baş vermiş hücumlar ictimai nəqliyyatın nə dərəcədə kövrək olduğunu göstərir.

Keçən ay Koloradoda yaşayan əfqan mühacir Nyu York metrosunda bomba hücumu həyata keçirməyi planlaşdırmaqda günahkar tanınmışdı.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG