Accessibility links

ABŞ-da mümkün terror hücumlarına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib [Video]


Nyu-York çərşənbə axşamı keçiriləcək prezident seçkilərinə hazırlaşdığı bir vaxt şəhər və polis rəsmiləri seçicilərin təhlükəsizliyinin qorunması üçün hazırlıqlar görür. Şəhərdə isə həmişəki kimi canlanma hökm sürür. Buraya marafon iştirakçıları və onları seyr edənlər də əlavə olunub. Bütün bunlar Əl-Qaidənin mümkün terror hücumlarına qarşı təhlükəsizlik tədbirlərinin artırıldığı vaxta təsadüf edir.

Hillari Klintonun Nyu-Yorkdakı tərəfdarları mühüm ştatlarda demokratlara son zənglərini edir və mesajlarını göndərir. Bəzi sorğular Donald Trampla Hillari Klinton arasındakı fərqin azaldığını göstərir. Seçicilərin dəstəyini qazanmaq uğrunda qızğın yarış gedir. “Mən hiss ediərm ki, bu qovhaqovdur, dəlicəsinə qovhaqovdur” deyə, klinton tərəfdarı Mayk İvens bildirir.

Nyu-York şəhərindəki marafon minlərlə polisin müşayiəti ilə keçirilib. Birləşmiş Ştatların kəşfiyyat rəsmiləri Virciniya, Texas və Nyu-York ştatlarında seçkidən əvvəl və ya seçki günü mümkün terror hücumları barədə məlumat əldə edib.

Təhlükə ciddi olmasa da, Nyu-York rəsmiləri hər məlumatı ciddi qəbul edir və həmişə hazır vəziyyətdədir.

Karolin Meloni Birləşmiş Ştatların Nyu-York-dan konqresmenidir. “Dünyada elə bir yer yoxdur ki, bunu Nyu-Yorkdan yaxşı bilsin. Biz bunu 11 sentyabrda sübut etdik, biz bunu hər gün isbat edirik və seçki günündə də isbat edəcəyik.”

Nyu-York daha təhlükəlidir, çünki hər iki partiyadan olan namizəd seçki gecəsi Nyu-Yorkda olacaq. Hillari Klinton şüşə divarlı və şüşə tavanlı Konqres Mərkəzində, Tramp isə evindən bir az aralıda yerləşən “Tramp Qülləsi”ndə. Anand Ahuca Donald Trampı dəstəkləyir. “Hər kəs təkcə özünün təhlükəsizliyindən deyil, həm də prezidentliyə namizədlərin təhlükəsizliyindən narahatdır.”

Seçkiyə cəmi bir gün qalır, rəsmilər demokratiyaya hədə olan hər hansı maneənin qarşısının alınacağına söz verib.

XS
SM
MD
LG