Accessibility links

New York Times: "Əfqan rəsmisi İrandan milyonlarla dollar pul alıb"


New York Times: "Əfqan rəsmisi İrandan milyonlarla dollar pul alıb"
New York Times: "Əfqan rəsmisi İrandan milyonlarla dollar pul alıb"

ABŞ-ın New York Times qəzeti yazır ki, Əfqanıstan prezidenti Həmid Karzayın qərargahlar rəisi İrandan milyonlarla dollar pul alıb. Qəzetin məlumatına görə, bu pullar Umar Daudzayın sadiqliyi və Əfqanıstanın prezident sarayında İranın maraqlarının təbliğ edilməsi məqsədilə verilib. The Times adını açıqlamayan mənbəyə istinadən bildirir ki, İran öz təsirindən əfqanlar və Amerika, habelə NATO-nun digər tərəfdarları arasında nifaq salmaq üçün istifadə edir.Qəzetin yazdığına görə, İran rəsmiləri artıq Əfqanıstan prezident sarayına protokol normalara əməl etmədən daxil ola bilirlər. New York Times bildirir ki, Əfqanıstan prezidenti Həmid Karzay və onun qərargahlar rəisi bu puldan əfqan qanunvericilər, qəbilə ağsaqqalları və Taliban komandirlərinə ödənişlər edərək, onların sədaqətini təmin etmək üçün istifadə edib.

XS
SM
MD
LG