Accessibility links

New York Times: ABŞ 100 min kompyuterə şübhəli softveyr yerləşdirib


Yayılan məlumatlara görə ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) dünya boyu 100 minə yaxın kompüterə şübhəli softveyr yerləşirib. Bu, ABŞ-a həmin qurğulara nəzarəti ələ almaq və kiberhücumların başlanması üçün rəqəmsal cığır yaratmaq imkanı verir.

New York Times deyir ki, NSA kompyuterlərin çoxuna softveyrləri şəbəkələrə çıxış imkanı əldə etməklə daxil edir. Ancaq məlumatda deyilir ki, qurum kompyuterlərə müdaxilə etmək və oradakı məlumatları dəyişdirmək üçün gizli texnologiyadan istifadəni artırıb. Bu, hətta kompyuterlər kiberməkana bağlı olmadığı zaman da baş verib.

NSA sənədlərinə, ABŞ rəsmilərinə və kompyuter mütəxəssislərinə istinad edlən məlumatda deyilir ki, texnologiya gizli radio dalğaları kanallarına əsaslanır.

Qəzet yazır ki, Milli Təhlükəsizlik Agentliyi Rusiyanın hərbi şəbəkəsi, Meksika polisi və narkotik qaçaqmalçıları tərəfindən istifadə edilən sistemlər, Səudiyyə Ərəbistan, Hindistan və Pakistan kimi anti-terror tərəfdaşları, eləcə də Avropa Birliyi daxilindəki ticarət qrupları kimi hədəflərdə müvəffəqiyyətlə softveyr yerləşdirə bilib.

Nüfuz qəzetin yazısında deyilir ki, Birləşmiş Ştatların daxilində softveyrlərin yerləşdirilməsi və radio dalğa texnologiyalarından istifadəyə dair heç bir sübut yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG