Accessibility links

New York Times:"Azərbaycan və Ermənistan münaqişəyə son qoymaq üçün razılığa gələ bilmədi"


New York Times:"Azərbaycan və Ermənistan münaqişəyə son qoymaq üçün razılığa gələ bilmədi"

New York Times:"Azərbaycan və Ermənistan münaqişəyə son qoymaq üçün razılığa gələ bilmədi"

Qəzet adının açıqlanmadığı bir diplomata istinadən yazır ki, Kazan görüşündə vasitəçilərin ümid etdiyindən az inkişaf əldə edilib

New York Times Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü haqda məqalə dərc edib. “Azərbaycan və Ermənistan münaqişəyə son qoymaq üçün razılığa gələ bilmədi” adlı məqalədə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Baza prinsipləri üzrə razılığa gələ bilməyən prezidentlər görüşdən sonra birgə bəyanatda bir sıra məsələlər ətrafında qarşılıqlı anlaşmaya nail olduqlarını bildiriblər. Qəzet danışıqlara cəlb olunub adının açıqlanmadığı bir diplomata istinadən yazır ki, tərəflər vasitəçilərin ümid etdiyindən daha az inkişafa nail ola bilib. New York Times bildirir ki, Baza prinsipləri üzrə razılıq sülh sazişi üzərində işə başlamağa imkan verə bilərdi.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG