Accessibility links

New York Times: Prezidentlərin Kazan görüşündə yaxşı imkan əldə edilə bilər


New York Times: Prezidentlərin Kazan görüşündə yaxşı imkan əldə edilə bilər

New York Times: Prezidentlərin Kazan görüşündə yaxşı imkan əldə edilə bilər

New York Times qəzetində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü haqda məqalər dərd edilib. Məqalədər deyilir ki, beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində sıçrayışa nail olmaq üçün təzyiqləri artırır.

Qəzet yazır ki, təhlilçilər Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 25-ə təyin olunmuş zirvə görüşündə münaqişənin həlli istiqamətində son illər ərzində ən yaxşı imkanın əldə edilə biləcəyini düşünür. Məqalədə deyilir ki, bu imkan prezident Dmitri Medvedevin nüfuzundan istifadə edərək. münaqişənin həllinə şəxsən maraq göstərməsi və vaxt ayırması sayəsində əldə edilmişdir.

New York Times Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Aleksandr Lukaşeviçə istinadən yazır ki, Kazanda keçiriləcək iyun smmitində Rusiyanın əsas məqsədi tərəfləri beş ildir müzakirə edilən baza prinsipləri üzrə razı salmaqdan ibarətdir.

New York Times yazır ki,ekspertlər hər hansı razılaşmadan sonra real prosesin başlamasının vacibliyini vurğulayır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG