Accessibility links

New York Times Xədicə İsmayıl haqda yazıb


Xədicə İsmayılova
Xədicə İsmayılova

«Misirin «kenquru» (saxta) məhkəməsi bu yaxınlarda «əl-Cəzirə»nin 3 əməkdaşını jurnalistika ilə məşğul olduqlarına görə həbsə atıb. Çərşənbə axşamı Azərbaycanda araşdırmaçı-jurnalistə məhkəmədə son sözünü bitirməyə imlan verilməyib və hakim ona 7 ildən çox cəza kəsib. Türkiyədə isə hakimiyyət «VICE news» media şirkəti üçün çalışan 3 jurnalisti saxlayıb, onların «İslam Dövləti» silahlı qruplaşmasına yardım etdiyini bildirib».

ABŞ-ın «The New York Times» qəzeti «Xarici jurnalistlər zərbə altında» başlıqlı redaksiya məqaləsində yazır ki, hökumətlərin jurnalistləri susdurmağa yönəlik bu səyləri güclü xəbərtoplamanın gərəkdiyi bir vaxtda jurnalistikaya aşındırıcı təsir göstərir.

«Azərbaycanda son sözünü deməyə imkan verilməyən jurnalist Xədicə İsmayıldır. Tanınmış radio-aparıcı ötən ilin dekabrında dostunu və həmkarını intihara sövq etmək kimi absurd ittihamla saxlanıb. İsmayılın yüksəkrütbəli hökumət rəsmilərinin yol verdiyi korrupsiyanı araşdırması prezident İlham Əliyevi haqlı olaraq utandırıb. «The Washington Post»un araşdırması isə cənab Əliyevin 11 yaşlı oğlunun Dubayda 44 milyon dollarlıq mülkü barədə yazmışdı».

«X.İsmayıla məhkəmədə son sözünü bitirməyə imkan verilsəydi, hakim Ramella Allahverdiyeva bu sözləri eşidəcəkdi: «Sifariş verilən hökmü oxuduqdan sonra sizə də xoş istirahətlər arzulayıram. O gün olsun istirahətinizi vicdanınız ağrımadan, vicdanınızı susdurmadan keçirə biləsiniz».

Qəzet yazır ki, jurnalistlərə qarşı silsilə məhkəmə işləri beynəlxalq ictimaiyyət tərəfindən daha tutarlı cavab verilməsini tələb edir. "İnterpol açıq şəkildə özbaşına məusiyyətə cəlb olunmuş jurnalistlərin həbsi ilə bağlı müraciətələri rədd etmək mexanimzləri hazılamalıdır. Bu, ölkədən çıxmaq istəməyən, ya da çıxa bilməyən mühakimə olunmuş jurnalistlərə az kömək edə bilər. Lakin bu, güclü siqnal göndərə bilər. Dünya liderləri isə bu arada "dərin narahatlıq" bildirən acınacaqlı bəyanatlardan daha artıq iş görməlidir. Onlar hamını ayağa qaldırmalıdır."-deyə New York Times yazır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG