Accessibility links

Vaşinqtonda Jurnalistlərin Xatirə memorialında 2012-ci ildə həlak olmuş jurnalistlərin adları əbədiləşdirilib


Xəbər və İnformasiya muzeyində 8 azərbaycanlı jurnalistin xatirə lövhəsi var

Mayın 13-də Vaşinqtonda “Xəbər və İnformasiya muzeyi” - Newseum-də 2012-ci ildə peşə borcunu yerinə yetrirərkən həlak olan jurnalistlər və mətbuat üzvlərinin xatirəsi anılır. Bu gün həlak olanların adları muzeyin Jurnalistlər Memorialına salınacaq.

Newseum muzeyi azad mətbuatın əhəmiyyətini vurğulamaq və həyatını mətbuata həsr etmiş insanları tərənnüm etmək missiyasını yerinə yetirir.

2012-ci ildə həlak olmuş 84 jurnalist arasında Amerikanın Səsinin Pakistanda yayımlanan Deeva radiosunun mxbiri Mükərrəm Xan Aatif də var. O, keçən il yanvar ayında Şabqədər şəhərində evinə gedərkən silahlı şəxslər tərəfindən qətlə yetirilib.

2012-ci ildə may ayında “Xəbər və İnformasiya muzeyi”nin Jurnalistlər Memorialında azərbaycanlı jurnalist, yazıçı və publisist Rafiq Tağının adını daşıyan xatirə lövhəsi yerləşdirilmişdi.

Muzeyin sərgisində səkkiz azərbaycanlı jurnalistin xatirəsi əbədiləşdirilib. Jurnalistlər Memorialında 1991-1995-ci illər arasında Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsində peşə fəaliyyətini yerinə yetirərkən həlak olmuş jurnalistlərin adları göstərilib. Burada1991-ci ildə Dağlıq Qarabağda yanvarın 9-da pusqu zamanı həlak olmuş “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova, 1991-ci ildə vertolyot qəzası nəticəsində həlak olmuş Azərbaycan televiziyasının əməkdaşları Alı Mustafayev və Fəxrəddin Şahbazov, 1992-ci ildə iyunun 15-də ağır yaralandıqdan sonra həlak olmuş ANS televiziyasının müxbiri Çingiz Mustafayevin adını daşıyan xatirə lövhələri yerləşdirilib.

Muzeyin Jurnalistlər Memorialında 1995-ci ildə Bakıda iğtişaşlar zamanı həlak olmuş Reuters xəbər agentliyinin əməkdaşı Adil Bunyadov, 2006-cı ildə evinin qarşısında öldürülmüş aparıcı müxalif mətbu orqan olan “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov, 2009-cu ildə “Tolişi Sado” qəzetinin həbsxanada həlak olmuş redaktoru Novruzəli Məmmədovun adı xatirə lövhələrində həkk olub.

Newseum muzeyinin Jurnalistlər Memorialı 2008-ci ildə yaradılıb. Xatirə memorialında 1837-2011-ci illər arasında həlak olmuş 2156 jurnalistin adı əbədiləşdirilib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG