Accessibility links

Polşanın yeni prezidenti Bronislav Komarovski


58 yaşlı Komorovski kommunist hakimiyyəti dövrü yoxsullaşan aristokrat ailəsində anadan olmuşdur

Polşanın yeni prezidenti Bronislav Komorovski özünü güzəştə gedən və mötədil bir insana çevrilmiş radikal adlandırır. 58 yaşlı Komorovski kommunist hakimiyyəti dövrü yoxsullaşan aristokrat ailəsində anadan olmuşdur. O, tələbə ikən anti-kommunistə çevrilmişdir. 1981-ci ildə Polşa hökuməti Solidarnost hərəkatını boğmaq üçün hərbi vəziyyət elan etdikdə rəsmiləri Komorovski və öncül fəalları həbs edərək düşərgələrə göndərmişdilər. Cənab Komorovski 1989-cu ildə ölkənin ilk post-kommunist hökumətinə dəvət edilmişdi. O dövrdən o, bir sıra mühüm vəzifələrdə, o cümlədən, parlament üzvü, müdafiə nazir və bu ilin əvvəlinə qədər parlamentin spikeri vəzifələrində çalışmışdır. Cənab Komorovski aprel ayında prezident Lex Kaçinski təyyarə qəzasında həlak olan zaman dərhal ölkənin prezidenti səlahiyyətlərini icra etməyə başlamışdır. Cənab Komorovski evlidir, beş uşaq atasıdır.

XS
SM
MD
LG