Accessibility links

Dünya 2012-ci ilin gəlişini bayram etdi


Dünya 2012-ci ilin gəlişini bayram etdi
Dünya 2012-ci ilin gəlişini bayram etdi

ABŞ prezidenti Barak Obama və ailəsi 2012-ci ilin gəlişini yeni ilin ən son qarşılandığı məkanlardan biri olan Havayda - prezidentin doğma yurdunda qeyd ediblər. Obamalar ailəsi ənənəyə uyğun olaraq yeni ili özəl formatda ailədaxili istedad şousu ilə qarşılayıb.

Bundan bir neçə saat öncə Nyu Yorkun Times meydanında yeni il bir milyona qədər adamın iştirakı ilə konsertlər və ənənəvi büllur topun endirilməsi ilə qarşılanıb. Nyu Yorkda təşkil edilən yeni il musiqi proqramında Lady Gaga və Placido Domingo kimi adlar da diqqəti cəlb edib.

Uzaq Şərqdən başlamaqla, dünyanın başlıca iri şəhərləri yeni ili şənliklərlə qarşılayıblar. Hər ölkənin milli adətlərini də əhatə edən tədbirlərin çoxunda atəşfəşanlıq, lazerdən istifadə olunan işıq oyunları, küçə əyləncələri və açıq havada təşkil olunan konsertlər əhalini coşdurub. Avstraliyanın Sidney, Çinin Honq Konq, Braziliyanın Sao Paulo liman şəhərlərində ekstravaqant şoular düzənlənib. Çinin Şanxay və Pekin şəhərlərinin mərkəzi meydanlarında maraqlı işıq oyunları əhalini əyləndirib.

Tokyoda isə ötən ilin mart ayında ölkəninin Senday bölgəsini darmadağın edən zəlzələ və sunamini hələ də xatrində saxlayan əhali üçün yeni il şənlikləri bir qədər süst əhval-ruhiyyədə keçib.

London və Berlində keçirilən şənliklərdə də on minlərlə insan iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG