Accessibility links

Neyt Şenkkan: Azərbaycan hökumətinin öz cəmiyyətinə etdiyini yaxşı başa düşürük


Neyt Şenkkanla müsahibə
please wait

No media source currently available

0:00 0:03:38 0:00

“Freedom House” təşkilatının “Keçid ölkələri 2017” adlı hesabatında Azərbaycanda keçən illə müqayisədə mənfi istiqamətdə geriləmə qeyd olunub. Hesabatda deyilir ki, korrupsiya göstəriciləri siyahısında yer alan Azərbaycan, Türkmənistan və Özbəkistanda vəziyyət mənfi istiqamətdə irəliləyir. “Freedom House” təşkilatının nümayəndəsi Neyt Şenkkan Amerikanın Səsinə müsahibədə hesabatın Azərbaycanla bağlı hissəsindən danışıb.

Amerikanın Səsi: 2016-cı ildə Azərbaycanda durumun pisləşməsinə hansı faktorlar təsir göstərib?

Neyt Şenkkan: Biz hesabatda Azərbaycanda iki kateqoriyada-milli demokratik idarəçilik və korrupsiya reytinqləri üzrə vəziyyətin pisləşdiyini göstərmişik. Milli demokratik idarəçilik sahəsində reytinqin pisləşməsinin səbəbi Konstitusiya referendumu-prezidentin ömür boyu vəzifədə qalması, yaş səviyyəsinin azaldılması və prezidentliyin ailədə saxlanması məqsədilə ötürülməsi ssenariosunu mümkün edən dəyişikliklərin edilməsi ilə əlaqədardır. Biz bunların hamısını çox mənfi hal kimi qiymətləndirmişik. Bundan əlavə, referendum başqa tərəflərin legitim kampaniyası üçün yer verilmədiyi bir şəraitdə keçirilib. Halbuki funksional demokratiyada belə olmur. Korrupsiya indeksinə gəldikdə, biz reytinqi illərdir dövlətin ailə tərəfindən ələ keçirilməsi faktlarına əsasən aşağı salmışıq. Bunun əsasında həm də iqtisadiyyatın demək olar ki bütün sektorlarının bu və ya digər şəkildə prezident ailəsi ilə bağlı və ya əlaqədə olan adamların nəzarətində olduğuna dair olduqca böyük sayda dəlillər durur.

Amerikanın Səsi: Azərbaycan qonşu Gürcüstan və keçmiş sovet məkanında başqa ölkələrlə müqayisədə hansı yerdədir? Azərbaycanın möhkəmlənmiş avtoritar rejimlər siyahısında yer alması nə qədər ədalətli görünür?

Neyt Şenkkan: Azərbaycan bizim əhatə etdiyimiz 29 ölkə arasında 27-ci yerdədir. Bu, üçüncü ən pis ölkə deməkdir. Bundan pis yalnız Türkmənistan və Özbəkistandır. Özü də bu ölkələrlə müqayisədə fərq bir o qədər böyük deyil. Biz Azərbaycanı bu hesabatda ən aşağı yerlərdən birində yerləşdirmişik. Bu, müstəqil təsisatların funksiya göstərməsinə dair araşdırmadır. Buraya həm ədliyyə, milli hökumət və yerli hökumət kimi dövlət strukturları və media və vətəndaş cəmiyyəti kimi qeyri-hökumət təsisatları daxildir. Biz Azərbaycan kimi bu təsisatların müstəqil funksiya göstərə bilmədiyi və yaxud da təkcə prezident ofisi deyil, ailə tərəfindən nəzarət olunduğu ölkələrə çox aşağı reytinq veririk.

Amerikanın Səsi: Azərbaycan bu göstəriciləri beynəlxalq təşkilatların ölkə hökuməti ilə münasibətlərinə hansı təsir göstərə bilər?

Neyt Şenkkan: Beynəlxalq ictimaiyyət illər uzunu Azərbaycan hökumətinin öz təsisatları və öz cəmiyyətinə nə etdiyini çox yaxşı başa düşür. Beynəlxalq media və Avropa və Amerikada beynəlxalq hökumət qurumlarında korrupsiya səviyyəsi, siyasi məhbuslara və Azərbaycanda fərqli gələcəyə səs verən hər hansı bir şəxsə qarşı repressiyalarla bağlı heç bir illüziya yoxdur. Fikrimcə, bu hesabat bu baxışların çoxunu təsdiq edir və gücləndirir. Mən ümid etmək istəyərdim ki, hesabat Azərbaycanda məsələlərin müqayisəli şəkildə nə qədər ciddi olduğuna diqqəti yönəldəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG