Accessibility links

İngiltərədə iki əmioğlu ömürlük həbs cəzasına məhkum olunub


İngiltərədə iki əmioğlu ömürlük həbs cəzasına məhkum olunub

İngiltərədə iki əmioğlu ömürlük həbs cəzasına məhkum olunub

Onlar 20 yaşlı qızı öldürəndən sonra onu atasının evinin arxa həyətində basdırıblar

London məhkəməsi 2006-cı ildə iki iraqlı kürd əmioğlunu namus üstə qohumlarını öldürdüklərinə görə ömürlük həbs cəzasına məhkum edib. Hakim onlara “rəhmsiz, vəhşi cinayət” törətdiklərini deyib. Ömər Hüseyn və Məhəmməd Əli 20 yaşlı Banaz Mahmodu boğaraq öldürəndən sonra İngiltərənin Birminqham şəhərində qızın atasının evinin arxa həyətində bastırıblar. Mahmodun atası 2007-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. O, qızının sevgilisi ilə görüşməsinə razı olmadığına görə onun ölümünə qərar verib. İki əmioğlu Mahmodu öldürəndən sonra İraqa qaçmışlar. Lakin London polis xəfiyyələri onların izinə düşərək cinayətkarları geriyə, Britaniyaya ekstradisiya ediblər.

XS
SM
MD
LG