Accessibility links

Yaponiya baş nazirinin ofisinin damında kiçik dron aşkar etdilib


Yaponiya rəsmiləri baş nazir Şinzo Abenin ofisinin damında kiçik dron aşkar etdikdən sonra məsələ ilə bağlı təhqiqata başlayıb.

Yaponiyanın NHK yayım şirkəti xəbər verib ki, diametri 50 santimetr olan dörd pərli dronun üzərinə kamera, plastik butulka və işıq cihazı yerləşdirilib.

Bir neçə mətbuat xidməti dronun radioaktiv rəmzlə bəzədildiyi xəbərini verib. Kiodo xəbər agentliyi isə bildirib ki, dronun üzərində kiçik miqyasda radiasiya qeydə alınıb.

Televiziyada yayımlanan görüntüdə onlarla polis zabitinin üzərinə göy rəngli örtük salınmış dronun ətrafına toplaşdığı nümayiş etdirilib.

Dronun kim tərəfindən və ya nə məqsədlə göndərildiyi aydın deyil. Cənab Abe həmin vaxt İndoneziyada konfransda olub.

XS
SM
MD
LG