Accessibility links

Nəhəng qar tufanı Amerikanın mərkəzi regilonlarını iflic edib


Nəhəng qar tufanı Amerikanın mərkəzi regilonlarını iflic edib
Nəhəng qar tufanı Amerikanın mərkəzi regilonlarını iflic edib

12 ştat boyu milyonlarla amerikalı uçuşların ləğvinə, nəqliyyatın dayanmasına və yüz minlərlə evin işıqsız qalmasına bais olmuş qar tufanının nəticələrini aradan qaldırmağa çalışırlar. Fəhlələr yolları ilişib qalmış maşınlardan təmizləyir və evlərə elektrik cərəyanını bərpa etməyə çalışırlar. Ağır qar Konnektikut ştatında iki ev daxil olmaqla bir çox yerlərdə damların uçmasına səbəb olub. Ciddi xəsarət alan yoxdur. 50 santimetr hündürlükdə qarın yağdığı Çikaqo şəhəri tufanın ən dağıdıcı təsirinə məruz qalmış ərazidir. Burada külək və qar yağıntısı bir metr hündürlükdə qar topalarının əmələ gəlməsi ilə nəticələnib.

XS
SM
MD
LG