Accessibility links

Nİkaraquada prezident seçkisi keçirilir

  • Amerikanın səsi

Nikaraqua prezidenti Daniyel Orteqa

Nikaraqua prezidenti Daniyel Orteqa

Nikaraquada prezident seçkilərində hazırkı prezident Daniyel Orteqanın yenidən seçiciləyi gözlənilir.

Bir zamanlar Sandinista inqilabçısı Daniyel Orteqa 1979-cu ildə Somoza diktaturasının sona çatmasından sonra bir-birinin ardınca bir neçə müddət prezident seçilən ilk dövlət başçısı ola bilər.

Son ictimai rəy soryğularına əsasən, prezident Orteqa Liberal Müstəqillik partiyasının nümayəndəri Fabio Gadeadan 18 faiz səslə irəlidədir. Bu isə onun təkrar seçkilər keçirilmədən qələbəsini təmin etmək üçün kifayətdir.

Nikaraquada diktator Anastazio Somozanın hakimiyyətdən devrilməsi ilə nəticələnmiş hərəkata rəhbərlik edən Cənab Orteqa hakimiyyətə ilk dəfə 1984-cü ildə sonra gəlib. 1990-cı ildə o, yenidən prezident seçilə bilməyəndən sonra o, hakimiyyətə 2006-cı ildə qayıtmışdır.

Prezident Orteqanın populyarlığı azad bazar iqtisadiyyatına dəstək və ölkənin 6 milyonluq əhalisinin yarısının təşkil etdiyi yoxsullara yardım proqramlarına görə yüksəkdir. Nikaraqua Qərb yarımkürəsindən ən yoxsul ölkələrdən biridir.

XS
SM
MD
LG