Accessibility links

Azərbaycanlı Nicat Rəhimov Rio-de-Janeyro olimpiadasında ağır atletika yarışlarında (77 kq.) Qazaxıstan üçün qızıl medal qazanıb. O, iki yarış üzrə 379 kq. qaldıraraq yeni dünya rekordunu müəyyən edib.

Ölkə prezidenti Nazarbayev qələbə münasibətilə idmançını təbrik edib.

Nicat Rəhimov

Nicat Rəhimov

Qeyd edək ki, iki il öncə N.Rəhimov Azərbaycanın ağır atletika üzrə yığmasından kənarlaşdırılıb. Buna idmançının baş məşqçinin hazırlıq metodunu tənqid etməsi səbəb olub.

Sonradan onu yarışlara atası, keçmiş ağır atlet hazırlamağa başlayıb. Lakin bu, idman rəhbərliyinin xoşuna gəlməyib və o, yarışlara buraxılmayıb.

Bundan sonra N.Rəhimov Qazaxıstana köçüb və orada uğurlar əldə edib.

Show comments

XS
SM
MD
LG