Accessibility links

Nicat Quliyev 2013-cü il avqustun 7-də tutulub

Dövlət ittihamçısı məhkəmədən sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevə 3 il müddətinə həbs istəyib. Məhkəmə prosesi Abşeron rayon məhkəməsində davam etdirilib. Bu barədə vəkili Elton Quliyev Amerikanın Səsinə bildirib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Nicat Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə 2013-cü il avqustun 7-də tutulub.

N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.

Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri olub. .

O 2005-ci ilin oktyabrın 19-da da həbs edilib. Quliyevə qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.
XS
SM
MD
LG