Accessibility links

Gənclərə hələ də valideynləri ilə görüşməyə icazə verilmir


 Bayram Məmmədov və Qiyasəddin İbrahim
Bayram Məmmədov və Qiyasəddin İbrahim

Vəkil Elçin Sadıqov deyir ki, müdafiə etdiyi gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovla yazışmalarını təcridxana nəzarətçiləri yoxlayır. O, mayın 27-də hər iki gənclə görüşüb. Bu haqda AzadllqRadiosu

“Bu vəkillə müdafiə edilən şəxsin arasında konfidensiallıq prinsipinin pozulmasıdır. Tamamilə qanunsuzdur”-deyə vəkil qeyd edib

E. Sadıxov deyir ki, hər iki şəxsin valideynlərinə övladları ilə görüşməyə indiyə kimi icazə verilməyib:

“Hə iki gənc çərşənbə gününə kimi valideynləri ilə görüş verilməyəcəyi halda, həmin gündən aclıq aksiyasına başlayacaqlarını bildiriblər.”

Bayram Məmmədov bundan öncə ona işgəncə verildiyini bildirərək aclıq elan etmiş, bir neçə gündən sonra aclığı dayandırmışdı.

NİDA Vətəndaş Hərəkatının üzvi B. Məmmədov və Q. İbrahimov mayın 10-u saxlanıblar.

Mayın 12-də Xətai Rayon Məhkəməsi onlara haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.

Daxili İşlər Nazirliyi və Omudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib etmişdi. Vəkil Elçin Sadıqovun bildirdiyinə görə, Bayram Məmmədov işgəncə hallarına etiraz olaraq təcridxanada aclıq aksiyası keçirmişdi. Ancaq anası ilə telefonda danışdıqdan sonra aksiyanı dayandırmışdı.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şuar yazılmasına görə həbs edildiyi güman edilir.

XS
SM
MD
LG