Accessibility links

NİDA-çıların apellyasiya şikayətinə baxılacaq


Vicdan məhbusları

Vicdan məhbusları

Bu gün ilkin baxış təxirə salınıb

İyunun 23-də hakim Həsən Əhmədovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatı fəallarının apellyasiya şikayəti üzrə ilkin baxış olub və məhkəmə iclası iyunun 27-dək təxirə salınıb.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, məhkəmənin təxirə salınmasına səbəb vəkillərin bir neçəsinin iştirak etməməsi olub. Müttəhimlər kürsüsündə əyləşən NİDA-çılar vəkillərin gəlməsini tələb ediblər.

Vəkil bildirib ki, bu yaxınlarda NİDA-çılara qoşulmaqdan peşmançılıq keçirən gənc Bəxtiyar Quliyev də məhkəməyə gətirilməyib.

Onun məhkəməyə gətirilməməsinin səbəbi növbəti iclasda müzakirə olunacaq.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA fəallarını 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsiri bilərək 6 ildən 8 ilədək müxtəlif müddətli həbs cəzalarına məhkum edib.

Gənclər ittihamları qəbul etmir və cinayət təqibinin siyasi motivli olduğunu bildirirlər.

Amnesty İnternational 8 NİDA fəalının hamısını “vicdan məhbusu” elan edib.
XS
SM
MD
LG