Accessibility links

Məhkəmə N!DA fəalının apellyasiya şikayətini təmin etməyib [Video]


Məhkəmə NİDA fəalının apellyasiya şikayətini təmin etməyib
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Məhkəmə N!DA fəalının apellyasiya şikayətini təmin etməyib

Vəkil məhkəmənin qərarını ədalətsiz adlandırıb. Hazırda 4 nəfər NİDA fəalı həbsdədir

Bakı Apellyasiya Məhkəməsi bugünki iclasında NİDA gənclər hərəkatının həbs edilmiş fəalı Məhəmməd Əzizovun şikayətini təmin etməyib.

O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdi. Gənc fəalın vəkili Fariz Namazlı məhkəmənin qərarını “ədalətsiz və əsassız” adlandırıb.

Şikayətin təmin edilməməsi haqqında xəbərdən sonra bir qrup gənc fəal məhkəmə qarşısında Əzizovun portretlərini qaldıraraq, səssiz aksiya keçirib.

Xatırladaq ki, 8-15 mart tarixləri arasında NİDA-nın dörd fəalı həbs edilib. Onlar partlayıcı maddələrdən istifadə ilə iğtişaş hazırlamaqda və narkotik saxlamaqda ittiham olunurlar. Bütün gənclər 2-3 aylıq istintaq müddətinə həbs ediliblər. Həbslər gənclərin martın 10-da Bakının mərkəzində keçirilən əsgər ölümlərinə qarşı etiraz aksiyası ərəfəsində və ondan sonra baş verib.
XS
SM
MD
LG