Accessibility links

NİDA fəalları: Aclığı dayandırırıq. Mübarizə isə davam edir!


NİDA-nın həbsdə olan fəalları

NİDA-nın həbsdə olan fəalları

Fəallar bəyanatla çıxış edib

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalları aclığı dayandırıb. Aclıq aksiyası 20 gün davam edib. Fəallar məhkəmə və ittihamlara etiraz edərək azad buraxılmalarını tələb edirdi. Bu gün məhkəmə gəncləri 6 ilədn 8 ilədək həbsə məhkum edib. NİDA fəalları ittihamı sifarişli hesab edir.
Amnesty İnternational fəalları vicdan məhbusu elan edib.

NİDA fəalları bu gün bəyanatla da çıxış edib.

Sənəddə deyilir:

“Biz aclıq aksiyasına başlayarkən, tələbimiz azadlığa buraxılmağımız idi. Məqsədimiz isə həmişəki kimi mübarizə aparmaq və diktaturaya qarşı bütün qeyri-zorakı, hüquqazidd olmayan vasitələrdən istifadə etmək olub. Elə azadlığımıza da həm də bu məqsədlərə qulluq etmək üçün nail olmaq istəyirik. Yəni Azərbaycanın qismən sükuta getmiş etirazçı təbəqələrini tərpətməyi, yeni insanları etiraza cəlb etməyi, beynəlxalq demokratik qüvvələrin diqqətini regiondakı geopolitik gərginlikdən, ölkədəki repressiv şəraitə yönəltməyı qarşımıza məqsəd qoymuşduq.

Aclığın davam etdiyi 20 gündə Azərbaycanda siyasi məhbus probleminin gündəmdən düşməməsi, bu gün (6 may) yüzlərlə fədakar fəalın aksiya keçirməsi, yeni insanların etirazçı qüvvələrə qoşulması, xarici ölkələrdə dəstək aksiyalarının keçirilməsi beynəlxalq demokratik qüvvələrin diqqətinin Azərbaycana cəlb olunması, bizim qeyd etdiyimiz məqsədimizə çatmağımızı göstərir.

Hesab edirik ki, Azərbaycana bizim cəsədimiz yox, fəaliyyətimiz lazımdır. Hakimiyyət bizim tələbimizi təmin etmədi. Lakin biz məqsədimizə çatdıq və hakimiyyətə də göstərdik ki, həbslə bizi mübarizədən yayındıra bilməyəcəklər. 140 nəfər həbsdə olsa da, çöldə qalanlar kölə deyil və bu xalq azadlığa, demokratiyaya layiqdir, diktaturaya, korrupsiyaya yox.

Məhz məqsədimizə çatdığımıza görə, tələbimizin yerinə yetirilməməsinə baxmayaraq, azadlıq tələbimizi də məqsədlərimizə qurban verərək, bu gündən aclığı dayandırırıq. Mübarizə isə davam edir!”, bəyanatda qeyd edilir.
XS
SM
MD
LG