Accessibility links

NİDA həbsləri pisləyir


NİDA Vətəndaş Hərəkatı
NİDA Vətəndaş Hərəkatı

Təşkilat fəallarının evinə narkotik və butulkada benzin qoyularaq həbs edildiyini iddia edir

“Əsgər ölümlərinə son!” aksiyası ərəfəsində saxlanılan NİDA vətəndaş hərəkatının üzvləri Bəxtiyar Quliyevin, Şahin Novruzovun evinə narkotik maddə və benzinnlə dolu qab qoyublar

Bu barədə Nida Hərəkatının idarə heyətinin üzvü Üzeyr Məmmədli bildirib.

Onun sözlərinə görə dünən axşam özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir neçə şəxs Bəxtiyarla birgə onun evinə gəlib. Sonra ev sahiblərinin gözü önündə evə narkotik və benzinlə dolu şüşə qab qoyublar. Daha sonra Bəxtiyarı bilinməyən istiqamətə aparıblar.

Üzyr Məmmədli bildirib ki, eyni qaydada Şahin Novruzovu da aparıblar və ailələri onları MTN-də saxlanıldığını iddia edirlər.
Bununla bağlı rəsmilərdən məlumat almaq mümkün olmayıb.

Öz növbəsində NİDA-çılar bu gün meriayadan cavab gelməsə aksiyani Fəvvarələr Meydanında keçirməkdə israrlı olduğunu bildirib.

Nida Vətəndaş Hərəkatı həmçinin üzvlərinin mülki geyimlilər tərəfindən oğurlanmanı pisləyib.

Təşkilatın bəyanatında deyilir ki, bu oğurluqlar siyasi sifariş əsasında həyata keçirilir, hədəf etirazçıları susdurmaq, demokratik dəyərlər uğrunda mübarizə aparan hər kəsi qorxutmaqdır.

“Xüsusilə 12 yanvarda keçirilmiş “Əsgər ölümlərinə son!” aksiyasında NİDA üzvlərinin fəallığına görə 10 mart aksiyası qabağı bu cür tədbirlərlə qorxu yaratmaq istəyirlər. Ancaq bütün bunların NİDA Vətəndaş Hərəkatının fəaliyyətinə heç bir təsiri olmayacaq. NİDA öz mübarizəsini davam etdirəcək” , sənəddə qeyd edilir.

Son məlumata görə, Müsavat üzvü Mahir Bayram li Gəncədə polisə mügavimətə görə 5 sutka həds verilib.
XS
SM
MD
LG