Accessibility links

Vəkil: Gənc fəallara qarşı yeni ittiham sifarişdir [Audio-Müsahibə]


NİDA Vətəndaş Hərəkatı

NİDA Vətəndaş Hərəkatı

NİDA-nın 7 fəalına və Azad Gənclik Təşkilatının üzvünə yeni ttiiham irəli sürülüb. Gənclər vicdan məhbusu kimi tanınıb. Rəşid Hacılının Amerikanın Səsinə müsahibəsi

NİDA Vətəndaş Hərəkatının həbsdə olan 7 fəalına və “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı Cinayət Məcəlləsinin 220.1 maddəsi (yanğın və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşların təşkili) üzrə yeni ittiham irəli sürülüb. Bu barədə vəkil Rəşid Hacılı Amerikanın Səsinə müsahibəsində bildirib.


Martın 7-də NİDA fəalları Bəxtiyar Quliyev, Şahin Novruzov və Məmməd Əzizov saxlanılıb. Onlar 10 mart aksiyasından əvvəl zorakılığa çağırışda şübhəli bilinirlər. Martın 14-də NİDA liderlərindən biri Rəşad Həsənov, martın 30-da hərəkatın İdarə Heyətinin iki üzvü – Üzeyir Məmmədli və Rəşadət Axundov, aprelin 1-də bu təşkilatın digər fəalı Zaur Qurbanlı saxlanılıb.

Gənclər narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunublar. İ.Rüstəmzadə mayın 17-də xuliqanlığa görə həbs olunub.

Vəkil ittihamı absurd və sifariş hesab edir. Çünki cinayət hadisəsi baş verməyib. Onun sözlərinə görə, əsgər ölümlərinə etiraz olaraq keçirilən 10 mart aksiyası dinc xarakter daşıyıb. Heç bir iğtişaş baş verməyib, şəxsi əmlaka ziyan dəyməyib. Əksinə, polis gözyaşardıcı qaz və suvurandan istifadə edərək dinc aksiyanı dağıdıb.

Yeni ittihamın irəli sürülməsi ilə əlaqədar gəncləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İlkin Rüstəmzadə və 7 nəfər NİDA fəalı “Amnesty International” tərəfindən vicdan məhbusu kimi tanınıb.
XS
SM
MD
LG