Accessibility links

Avropa Məhkəməsi üç NİDA-çının şikayəti üzrə kommunikasiyaya başlayıb


Fariz Namazlı (Foto Namazlının Facebook səhifəsindən götürülüb)
Fariz Namazlı (Foto Namazlının Facebook səhifəsindən götürülüb)

Avropa İnsan Haqları Məhkəməsi Məmməd Əzizov, Şahin Novruzlu və Zaur Qurbanlının qanunsuz həbs edilməsi ilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının 5.1, 5.3-cü maddələr və 5-ci maddə (Azadlıq və təhlükəsizlik hüququ) ilə birgə götürülməklə 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusuna dair kommunikasiyaya başlayıb. Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.

Hər üç fəal prezident sərəncamı ilə əfv olunub.

Amnesty İnternational bu fəalları “vicdan məhbusu” kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG