Accessibility links

NİDA fəallarının məhkəməsi – gözyaşardıcı qaz


NİDA-çılar hakimə arxa çevırıb
NİDA-çılar hakimə arxa çevırıb

NİDA Hərəkatının fəallarının məhkəməsi gərgin keçir. Mühafizəçilər həbsxana avtomobilində fəalların kabinəsinə göz yaşardıcı qaz atıblar

NİDA fəallarının işi üzrə bu günkü məhkəmə iclası başa çatdıqdan sonra gənclərlər gözyaşardıcı qazla zəhərlənmək işgəncəsinə məruz qalıblar.

Təşkilatın idarə heyətinin üzvü Ülvi Həsənli Amerikanın Səsinə bildirib ki, fəallar həbsxana avtomobili ilə təcridxanaya aparılarkən talassemiya xəstəsi Zaur Qurbanlının vəziyyəti pisləşib. Dostları qapını döyərək, pəncərəni açmağı tələb ediblər, lakin buna cavabda mühafizəçilər məhbusları daşıyan maşının kiçik kabinəsinə gözyaşardıcı qaz şaşkası atıblar. Bunun nəticəsində Qurbanlının vəziyyəti daha da pisləşib, digərləri isə xəsarət alıb.

***
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatının yeddi fəalının və “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə proses davam edib.

İclasın əvvəlində vəkil Nemət Kərimli müttəhim Şahin Novruzlunun barəsində məhkəmə-tibbi ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb. Belə ki, Milli Təhlükəsizlik Nazirliyində (MTN) Ş.Novruzlunun 4 dişini sındırıblar.

N.Kərimli Ş.Novruzlunun mütəşəkkil cinayətkar qrupda iştirakda ittiham olunmasını qanunsuz adlandırıb. Çünki həbsdən əvvəl müttəhimlərin heç biri onu tanımayıb.
Məşvərətdən sonra hakim birinci vəsatəti təmin edib, ikincini isə etməyib.

Sonra müttəhim Məmməd Əzizov çıxış edib. O bildirib ki, 2012-ci ilin yayında NİDA Hərəkatına daxil olub. Noyabrda digər müttəhim Bəxtiyar Quliyevlə birlikdə Facebook-da “Heydər Əliyev” adlı səhifə yaradıb.

Səhifədə məqsəd cəmiyyətdəki qorxunu aradan qaldırmaq olub. “Biz cəmiyyətdə qorxu yaradanlara gülürdük və səhifəni də ona görə Heydər Əliyev adlandırdıq ki, bizdə hamı onun adını daşıyır”, M.Əzizov rişxəndlə deyib. Səhifə yaradıldıqdan sonra M.Əzizov və B.Quliyev daim təzyiqlərə məruz qalıblar.

M.Əzizov martın 7-də Fəvvarələr Meydanında saxlanılaraq kirayədə yaşadığı evə aparılıb və guya evdə narkotik maddə aşkar edilib. “Narkotik maddəni evə MTN əməkdaşları qoymuşdular”, M.Əzizov bildirib.

Sonra M.Əzizov MTN-ə aparılıb. O, dəhlizdə həbs edilmiş B.Quliyevi görüb. Psixoloji təzyiq altında o, müstəntiqlərin verdikləri kağızları imzalayıb. M.Əzizov təzyiq altında etirafedici ifadələr verib və bu ifadələr videoya çəkilərək televiziya ilə göstərilib.

Martın 15-də digər müttəhim Rəşad Həsənovla üzləşmə zamanı M.Əzizov ifadəsindən imtina edib. Bundan sonra Azər və Mamay adlı əməkdaşlar onu möhkəm döyüblər və R.Həsənovun əleyhinə ifadə verməsini tələb ediblər. Lakin bu dəfə o sınmayıb.

Döyülmə nəticəsində M.Əzizovun sol qulağı kar olub, bir həftə yeriyə bilməyib. O, müttəhimlərin “ərəb inqilabı”nı təkrar etmək istəməsi və “Molotov kokteyli”ndən istifadə etməsi ilə bağlı istintaqın fikirlərini savadsızlıq adlandırıb.
M.Əzizov həmçinin deyib ki, istintaq onu narkotik maddə istifadəsində ittiham etsə də narkoloji ekspertizaya göndərməyib.

Sonda M.Əzizov bildirib ki, NİDA fəallarına qarşı cinayət işi saxtalaşdırılıb. Məqsəd onları vətəndaş mövqeyinə görə cəzalandırmaq və digər gəncləri qorxutmaqdır.

Sonra müttəhim R.Həsənov çıxış edib. O, NİDA-nın toplantılarında Azərbaycanda “ərəb baharı”nı təkrar etməklə bağlı çağırışlar etmədiyini bildirib. Həmçinin fevralın 28-də “Venesiya” kafesində guya martın 10-da etiraz aksiyası zamanı iğtişaşların təşkilinə dair qərar qəbul olunması barədə fikirləri təkzib edib. O deyib ki, NİDA Hərəkatı aksiyanın hakimiyyətlə razılaşdırılmasını qərara almışdı və martın 10-da heç bir iğtişaş olmayıb.

Müttəhim İlkin Rüstəmzadə deyib ki, Mehdi adında müstəntiq ona bildirib ki, R.Həsənov Beynəlxalq Kəşfiyyat İdarəsi (BKİ) tərəfindən ələ alınıb. O 2009-cu ildə Nyu-Yorkda R.Həsənovun BKİ, 2012-ci ildə isə Bakıda BKİ-nin iki polkovniki ilə görüşünün təsdiqlənməsinə cəhd göstərib. Bu, zalda gülüş doğurub.

R.Həsənov deyib ki, ABŞ-da olub, lakin BKİ əməkdaşları ilə əlaqəsi yoxdur. Bakıda ABŞ səfirliyində görüşlərdə iştirak edib. Həmin görüşdə Azərbaycan tərəfdən digər iştirakçılar da olub.

2013-cü il martın 14-də saxlandıqdan sonra müstəntiqlər ondan NİDA-nın Milli Demokratiya İnstitutu və qurumun Bakıdakı nümayəndəsi Aleks Qriqoryevslə əməkdaşlığı barədə soruşublar.

Sonda R.Həsənov bildirib ki, məhkəmədən mərhəmət istəməyəcək və bir günahı belə sübuta yetirilərsə cəza çəkməyə hazırdır.

Növbəti iclas aprelin 3-də olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG