Accessibility links

NİDA seçkidə iştirakdan imtina edib


NİDA Vətəndaş Hərəkatı
NİDA Vətəndaş Hərəkatı

NİDA Vətəndaş Hərəkatı hakimiyyətin total saxtakarlığa hazırlaşdığına bir daha əmin olduqdan və seçkilərlə bağlı əsas hədəfi olan xalqla təması gücləndirmək missiyasını yerinə yetirdikdən sonra bəyan edir ki, hərəkatın namizədləri Ramin Hüseynov və İlahə Əmiraslanova namizədliklərini geri götürürlər. Yuxarıda qeyd etdiyimiz səbəblərdən və ölkədəki mövcud ictimai-siyasi vəziyyəti, repressiv mühiti əsas gətirərək hərəkat olaraq parlament seçkilərində iştirakdan imtina edirik və nəticələri indidən bəlli olan seçkiləri tanımayacağıq. Bu barədə NİDA Vətəndaş Hərəkatının bəyanatında deyilir.

Bununla bərabər NİDA seçkilərdə müşahidəçilik missiyasını davam etdirəcək.

Sənəddə deyilir ki, hakimiyyət həmçinin obyektiv və ədalətli seçki rəyindən narahat olaraq ATƏT-in Varşava bürosunun seçkiləri hərtərəfli müşahidəsinə süni maneələr yaradıb, onların Azərbaycana seçki müşahidə missiyası göndərməməsi üçün əlindən gələn hər şeyi edib.

“Bu seçkiləri beynəlxalq müşahidəçilərdən yalnız Avropa Şurası Parlament Assambleyasının nümayəndələri müşahidə edəcək ki, onların NİDA-nın nümayəndələriylə son görüşü zamanı davranışı, mətbuata verdiyi açıqlamaları hakimiyyətə sərf edən qərəzli seçki rəyi verəcəklərinə dair şübhə yeri qoymur. Məhz bu səbəbdən biz NİDA Vətəndaş Hərəkatı olaraq bəyan edirik ki, AŞPA-nın nümayəndə heyətinin obyektivliyinə inanmadığımıza görə onların ikinci görüş dəvətinə imtina cavabı verdik”, bəyanatda qeyd edilir.

Öz növbəsində, Azərbaycan hakimiyyəti və Mərkəzi Seçki Komissiyası ölkədə demokratik, ədalətli və azad seçki mühitinin olduğunu bəyan edir. İqtidarda olan Yeni Azərbaycan Partiyası müxalif yönümlü təşkilatların seçkidə iştirakdan imtinasını onların seçkini udmaq şansının olmaması ilə izah edir.

XS
SM
MD
LG