Accessibility links

NİDa-çı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib

NİDA vətəndaş hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. O, şahid qismində dindirilib.

Saat 9.30-da başlayan dindirmə təxminən 4 saat davam edib.

Qəmbər özü və vəkili Osman Kazımov onlardan istintaq sirrinin açılmaması haqqında iltizam alındığı üçün bu çağırışla bağlı şərh vermir. Bununla belə, Qəmbər prokurorluğa təkrar çağırılacağını istisna etmir.

Qəmbərin dindirilməsinin qanunsuz olaraq partlayıcı maddə saxlamaqda ittiham olunan 7 NİDA fəalının həbsi ilə bağlı olduğu şübhə doğurmur. Onların bəziləri həm də qanunsuz narkotik saxlamaqda ittiham olunur.

Bu təşkilat üzvlərinin həbsi martın 10-da əsgər ölümlərinə qarşı etiraz aksiyasının keçirilməsi ilə bağlıdır.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının fikrincə, gənclər saxta ittihamla təqib olunur. Amnesty İmternational onları “vicdan məhbusu” kimi tanıyıb
XS
SM
MD
LG