Accessibility links

13 ABŞ əsgərini öldürən ordu psixiatrı ölüm cəzasına məhkum edildi


ABŞ hərbi münsiflər məhkəməsi 2009-cu ildə Texas ştatının Ford Hood hərbi bazasında 13 əsgəri öldürdüyünə görə ordu psixiatrını ölüm cəzasına məhkum edib.

Məhkəmə Amerikada doğulmuş müsəlman mayor Nidal Həsəni ölüm cəzasına məhkum etməzdən əvvəl müşavirə keçirib.

Həsən ABŞ-ın İraq və Əfqanıstan müharibələrində əks tərəfə keçdiyini deyib. O, iki müharibə bölgəsinə göndəriləcək əsgərləri öldürdüyünə görə qəsdən adamöldürmə cinayətində təqsirli bilinir. sabiq mayor xaricdə müsəlman yaraqlılarla döyüşəcək əsgərləri öldürdüyünü deyib.

Ordu prokuroru Həsənə ölüm cəzası verilməsini tələb etmişdi.

Ölüm cəzası ABŞ ordusunda nadir hallardandır. Sonuncu dəfə amerikalı əsgərə ölüm cəzası 1961-ci ildə verilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG