Accessibility links

Hərbi həkim, ordu psixiatoru Nidal Həsənin məhkəmə heyətinin seçim prosesi başlayıb. 2009-cu ilin noyabr ayında 13 nəfərin qətlində günahlandırılan mayorun məhkəməsinin yubadılması qurbanların ailə üzlərinin etirazlarına yol açıb.

ABŞ-ın müxtəlif bölgələrinin hərbi məhkəmələrindən çoxsaylı hakim məhkəmə heyətinə üzv seçilmək üçün bir araya gəlib. Texasın Hüquqşünaslıq Kollecindən hərbi ekspert Geffri Kornun bildirdiyinə görə, hakimlərin seçimi Fort Huddan başqa bütün bölgələri əhatə edəcək. Belə ki, onların məsələyə şəxsi münasibəti olmamalıdır. “ Hər bir hakim ittiham edilən şəxsdən daha yüksək rütbəyə malik olmalı, yüksək təhsilli və təcrubəli olmalıdır.”

Seçim prosesi adətən prokurorlar və vəkillərin məhkəmə heyətinə üzv seçiləcək şəxslərin dindirilməsi ilə başlayır. Panel seçildikdən sonra mülki məhkəmələrdə olduğu kimi ittihamçılar dəlillər göstərir, vəkillər müdafiəyə qalxır.

Lakin Ceffri Kornun dediyinə görə, burada hakimin qərarsızlığı qeyri-mümkündür. Çünki səsvermə kağız üzərində və məxfi şəkildə keçirilir. "Əgər məhkəmə heyətinin bir üzvü müttəhimi günahsız adlandırırsa, məhkəmənin qərarı onun günahsız olduğu barədə olacaq. Hərbi məhkəmələr prokurorlar üçün çətin bir prosesdir."

Prokurorların günahları sübut etməsi olduqca çətindir. Belə ki, əks təqdirdə müttəhim günahsız hesab edilir. Ölüm hokmü çıxarıldıqdan sonra müttəhimə günahsız olduğuna dair son söz verilmir.

Sabiq hərbi hakim Liza Uindsor deyir ki, Həsənin günahkar olduğunu sübut etmək çətin olmamamlıdır. Çünki dəlillər çoxdur. “Mülki məhkəmələrdə ittihamnamə və hökm arasında böyük vaxt boşluğu var. Lakin hərbi məhkəmələrdə belə deyil. Burada hər şey birbaşa hökmə yönəlir.”

Fort Hood hərbi bazası, Texas

Fort Hood hərbi bazası, Texas

Məhkəmənin avqust ayının sonunadək davam edəcəyi təxmin edilir. Bu müddət dəlillərin təqdimatı və şahidlərin didnidirlmısinə kifayət edəcək. Şahidlər arasında hücum zamanı yaralananlar da var.

ABŞ həbsxanalarında ölüm hökmü altında onlarla məhbus saxlanılır. Son 40 ildə bu ölkədə heç kim ölüm hokum icra edilməyib.

Lakin Həsənin məhkəmə işinin digərlərindın fərqlənməsi onun barəsində çıxarıla biləcək ölüm hökmünün icrasını mümkün edə bilər.
XS
SM
MD
LG