Accessibility links

Nigeriyada universitetə hücum zamanı 15 nəfər həlak olub


Şahidlərin bildirdiyinə görə, Nigeiyranın şimalında yerləşən Kano şəhərində universitetin nəzdindəki teatrda xristianlar üçün dua mərasimi zamanı baş hücum 15 nəfərin ölümülə nəticələnib. Çox adamın yaralandığı deyilir, lakin dəqiq rəqəmlər göstərilmir.

Şahidlər bildirir ki, Bayero universitetinə motosiletlər və avtomobillərlə yetişən hücumçular partlayıcı maddələri işə salmış və atəş açmağa başlamışlar.

Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb, lakin bundan əvvəl Boko Haram islamçı qrup Nigeriyada xristanları hədəf almışdır.

Keçən il Milad bayramı zamanı paytaxt Abucada dörd boçba partlayışı zamanı 39 insan həlak olmuşdur.

Adı “Qərb təhsili haramdır” demək olan Boko Haram bu hücumlara görə məsuliyyəti öz üzərinə götürmüşdür.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG