Accessibility links

Nigeriya paytaxtında BMT qərargahında bomba partlayışı nəticəsində16 nəfər həlak olub

  • Amerikanın səsi

Nigeriya paytaxtında BMT qərargahında bomba partlayışı nəticəsində16 nəfər həlak olub

Nigeriya paytaxtında BMT qərargahında bomba partlayışı nəticəsində16 nəfər həlak olub

Nigeriya paytaxtı Abucada BMT-nin binasında bomba partlayışı nəticəsində16 nəfər həlak olub.

Şahidlər avtomobilin BMT-nin qərargahı qarşısında təhlükəsizliyi yarıb keçdiyini və dörd mərtəbəli binaya çatan kimi partladığını gördülərini bildiriblər. BMT yerli vaxtla bu gün səhər saat 11-də baş vermiş partlayışa bombanın səbəb olduğunu təsdiqləyib. Şahidlərin verdiyi məlumata görə, xilasetmə işçiləri binanın qalıqları altından cəsədləri və sağ qalan insanları çıxarmağa başlayıb.

Nyu-Yorkda danışan BMT-nin Baş katibi Ban Ki Mun ölənlərin sayının bundan artıq ola biləcəyini deyib, lakin dəqiq say göstərməyib. Cənab Ban hücumu öz həyatını başqalarına kömək etməyə həsr etmiş insanlara qarşı dəhşətli hücum adladırıb. O, BMT qərargahında 23 humanitar və inkişaf agentliklərinin yerləşdiyini bildirib. Baş katib deyib ki, Abucada vəziyyəti dəyərləndirmək üçün BMT qrupu Nigeriyaya səfər edəcək. O, hucmun hansı motivləri ilə bağlı olduğu haqda bir söz deməyib.

ABŞ səfirliyi də daxil olmaqla, diplomatic missiyaların binalarının yerləşdiyi yerə yaxın BMT qərargahında təxminən 400 adam işləyir. Hücuma görə məsuliyyəti hələlik heç kəs öz üzərinə götürməyib.

XS
SM
MD
LG