Accessibility links

İran Nigeriyada saxlanmış silah yükü ilə bağlı məsələni anlaşılmazlıq kimi qiymətləndirib

  • Amerikanın səsi

İranın Xarici İşlər naziri Mənuçehr Möttəki

İranın Xarici İşlər naziri Mənuçehr Möttəki

İranın xarici işlər naziri Mənuçehr Möttəki deyib ki, İranın Nigeriyada ələ keçirilmiş silah yükü ilə bağlı məsələ anlaşılmazlıq olub və artıq həll edilib. Nigeriya keçən həftənin cümə günü İranın məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırmaqla hədələmişdi. BMT sanksiyaları Tehranın xaricə silah göndərməsini qadağan edir. Xarici İşlər naziri Mənuçehr Möttəki deyib ki, İran vətəndaşı Nigeriya rəsmilərinə silahların özəl şirkət tərəfindən Qərbi Afrikanın bir ölkəsinə göndərildiyinə dair dəlil təqdim edib. Möttəki şirkətin İran şirkəti olub-olmadığı haqda bir söz deməyib. Eyni zamanda, Nigeriya tərəf də hələlik məsələ ilə bağlı şərh verməyib. Nigeriya bildirir ki, üzərində tikinti materialları yazılmış yük artilleriya raketləri və digər silahlardan ibarət olub.

XS
SM
MD
LG