Accessibility links

Nigeriya film istehsalı üzrə dünyada ikinci yerdədir [Video]


Hindistanın Bollivudundan sonra Nigeriya film istehsalına görə dünyada ikinci yerdədir. Nə qədər qəribə olsa da, bu sahədə Hollivudu belə üstələyən Nigeriyanın “Nollivud” kino sənayesi beynəlxalq səhnəyə bu yaxınlarda çıxmağa başlayıb. Rejissor Obi Emelonyenin 2012-ci ildə baş vermiş təyyarə qəzası əsasında çəkdiyi “Abujaya son uçuş” adlı trilleri və Ayo Makunun 2014-cü ildə çəkdiyi “30 gün Atlantada” komediyası Nigeriyanın uğur qazanan filmlərindəndir.

Kino sahəsi üzrə professorlar və mütəxəssislər bu yaxınlarda Nollywoodun dirçəlməkdə olan film sənayesini təşviq etmək üçün Nigeriyanın 30 film istehsalçısı ilə bir araya gəlib.

“Bu, birbaşa və ya dolayısı ilə bir milyona yaxın işçisi və ildə təxminən 500 milyon dollar gəlir gətirən bir sənayedir” deyə, nigeriyalı rejissor Fidelis Doker bildirir.

Piratçılıq olmasa bu sahə milyardlar qazana bilər. Pirat diskləri bazarda açıq şəkildə satılır və Nigeriya hökuməti bunun qarşısını alacağına söz verib.

Nigeriyada hər il mindən artıq film çəkilir. Həmin filmlər ucuz qiymətə, on minlərlə dollara birbaşa DVD-lərə yüklənir. Həmin filmlər bütün Afrika boyu və Afrikadan kənarda satılır. Buna görə də Nigeriya rejissorları onları qabaqlamaq üçün internetdən istifadə edir.

İki həftə keçirilən UCLA seminarında rejissorlar kino sənəti və kino biznesi haqda yeni şeylər eşidib. Üç dəfə Oskar mükafatına namizəd, Hollivud aktrisası Dayan Ladd belə bir əməkdaşlığın faydalı olduğunu deyir. “Biz birlikdə işləməklə mədəniyyətləri təbliğ edirik. Yadınızda qalsın, sivilizasiya mədəniyyəti itirərsə, biz sivilizasiyanı da itirərik.”

Film çəkmək bir hekayəni danışmaq deməkdir və nigeriyalı rejissor Forster Ocehonmon ölkəsində hekayələrin bol olduğunu deyir. “Biz əfsanələrdən danışmamışdıq. İndi biz həmin hadisələrdən filmlərdə danışmaq istəyirik, lakin problemlər olur. Buna görə də biz bütün bunları dünyaya çatdırmağı öyrənməliyik.”

Nigeriya rejissoru Konli Afoleianın “1 Oktyabr” trilleri Afrika bazarından kənara belə çıxıb. Bu film 1960-ci il oktyabr ayının 1-i Nigeriyada müstəqillik günündən bir neçə həftə əvvəl müəmmalı qətl hadisəsindən danışır. Bu filmə də digər Nigeriya filmləri kimi İnternetdə və Netflix saytında baxmaq olar.

XS
SM
MD
LG