Accessibility links

Nigeriya ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyniyə qarşı rüşvət ittihamlarını geri götürə bilər


Nigeriya ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyniyə qarşı rüşvət ittihamlarını geri götürə bilər
Nigeriya ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyniyə qarşı rüşvət ittihamlarını geri götürə bilər

Nigeriya ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni və neft şirkəti Halliburtona qarşı rüşvət ittihamlarını geri götürə bilər. Prokuror Godvin Oblanın bildirdiyinə görə, bu addım keçən həftə Halliburtonun nümayəndələri ilə nailiyyətli London görüşündən sonra atılacaq. Nigeriyanın İqtisadiyyat və Maliyyə Cinayətləri üzrə Komissiyası şirkətin cərimə ödəməyə razılıq verdiyini bildirir. Qərar Nigeriya hökuməti tərəfindən təsdiq edilməlidir. Keçən həftə Nigeriya prokurorluğu Çeyni və Halliburtonun hazırkı rəsmilərinə qarşı 16 maddədən ibarət ittihamnamə hazırlamışdı. Dik Çeyni şirkətə 1995-2000-ci illərdə rəhbərlik etmişdi.

XS
SM
MD
LG